Nar bilərziyi salatı (Qranatovıy Braslet) resepti

Nar bilərziyi salatı (Qranatovıy Braslet) resepti
Salatlar
10.09.2017 52
Tərkibi:

3 ədəd yerkökü

3 ədəd kartof

2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur

3 ədəd yumurta

1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış

2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti

mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)

duz

istot

nar dənələri (təxminən 1 iri nardan)



Hazırlanması:

Yerkökü,
kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin
iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz
salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.

İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

1. kartof

2. mayonez (təxminən 2 x. qaşığı)

3. çuğundurun yarısı

4. mayonez

5. yerkökü

6. mayonez

7. qoz

8. toyuğun yarısı

9. mayonez

10. yumurta

11. mayonez

12. qalan toyuq

13. mayonez

14. qalan çuğundur

15. mayonez

Axırda
mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar
dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə
saatlıq soyuducuya qoyun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!