Mərakeş noxud salatı resepti

Mərakeş noxud salatı resepti
Salatlar
10.09.2017 14
Tərkibi:

1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır

1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır

4 diş sarımsaq, xırda doğranır

Bir cimdik döyülmüş zirə (vacib deyil)

1 çay qaşığı (və yaxud zövqə görə) paprika

3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı

Təzə sıxılmış 1 limonun şirəsi

Bir qədər doğranmış cəfəri

Bir qədər doğranmış keşniş

120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)

Zövqə görə duz, döyülmüş qara istiot



Hazırlanması:

Suda
isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su
əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana
qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki,
noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları
ovuşdurularaq çıxarılır.

İsti
noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə,
paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca
qarışdırılır.

Zövqə
görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə
olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür
və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə
birgə süfrəyə verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!