Qatıqlı göbələk resepti

Qatıqlı göbələk resepti
Salatlar
10.09.2017 28
Tərkibi:

½ kq göbələk,

3 diş sarımsaq,

1 stəkan qatıq,

2 yemək qaşığı mayonez,

2 yemək qaşığı zeytun yağı,

1 dəstə cəfəri,



Hazırlanması:

Göbələkləri
yuyun. Sonra yuduğunuz göbələyin suyunu süzün. Yuduğunuz göbələkləri
təmizləyib doğrayın. Tavada zeytun yağını qızdırın. 2 yemək qaşığı
zeytun yağında suyunu çəkənə kədər qovurun.



Göbələk suyunu çəkdikdən sonra soyumağa qoyun.



Sarımsağı soyun.



Kiçik-kiçik doğrayın.



Qatıq, mayonez və sarımsağı qarışdırın.



Göbələkləri bu qarışığın içinə əlavə edib qarışdırın.



Cəfərini təmiz-təmiz yuyun. Kiçik-kiçik doğrayın.



Qatıqlı göbələyi cəfəri ilə bəzəyərək servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!