Qırmızı kvartet salatı resepti

Qırmızı kvartet salatı resepti
Salatlar
10.09.2017 12
[/b]Tərkibi:

20 ədəd çerri pomidoru

1 iri qırmızı bibər 

1 nar 

1 qırmızı soğan

keşniş

(bu salata feta, yaxud brınza əlavə edə bilərsiniz) 



[b]sous: 


zeytun yağı

üzüm sirkəsi və ya limon şirəsi 

qara istiot 

duz 

dənəvər xardal (zövqə görə)



Hazırlanması:

Bibəri sobada üzəri qaralanadək bişirin, sonra qabığını təmizləyin. 

Kubik, yaxud saman kimi doğrayın. 

Soğanı yarımhalqa doğrayın. 

Pomidorları ortadan bölün. 

Keşnişi xırda doğrayın. 

Narı dənələyin. 

Bütün ərzağı bir qaba yığın. Sous üçün olan ərzağı qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın. 

15 dəqiqə saxlayın. 

Zövqə görə pendir də əlavə edə bilərsiniz. O zaman pendiri də kubik doğrayın. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!