Çuğundurlu Napoleon salatı resepti

Çuğundurlu Napoleon salatı resepti
Salatlar
10.09.2017 12
[/b]Tərkibi:

bişmiş çuğundur

keçi pendiri

1 diş sarımsaq (zövqə görə)

qovrulmuş tum



[b]Souslar (zövqə görə):


Sous №1:

2 x.q. zeytun yağı

2-3 x.q. (təzə) giləmeyvə şirəsi (məsələn, moruq və qara qarağat)

giləmeyvə (bəzək üçün)

doğranmış şüyüd

qırmızı istiot

duz



Sous №2:

doğranmış göyərti (şüyüd və ya cəfəri, nanə)

0,5 limonun şirəsi

2 x.q. bitki yağı

3 ç.q. nar şirəsi

nar dənələri (bəzək üçün)

1 çimdik qırmızı istiot

1 çimdik zirə

dəniz duzu



Sous №3 (sadə):

2-3 x.q. zeytun yağı

4-5 x.q. balzamik sirkə

duz, istiot



Hazırlanması:

Bişmiş çuğunduru 5-7 mm qalınlıqda laylara doğrayın. Keçi pendirini
çəngəllə əzin. Sarımsağı əzin, pendir və qovrulmuş tumla qarışdırın.



Çuğundur layının üzərinə iç qoyun, üstünə daha bir çuğundur dilimi qoyun, yenə iç qoyun (3-4 lay belə hazırlayın).



Sonra isə zövqünüzə görə sousları hazırlayın.



Sous №1: zeytun yağını giləmeyvə şirəsi ilə qarışdırıb içinə doğranmış şüyüd tökün.



Sous № 2: limon və nar şirələrini qarışdırın, bitki yağı, zirə, istiot, duz əlavə edin.



Sous №3: zeytun yağı, sirkə, duz və istiotu qarışdırın.



"Napoleon"ların üzərinə sous gəzdirin, üstünə giləmeyvə və tum səpin, nanə yarpaqlarıyla bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!