Helel salatı resepti

Helel salatı resepti
Salatlar
10.09.2017 32
Tərkibi:

300 q təzə şampinyon

300 q toyuq əti

150 q xama

100 q pendir

3 yumurta

1 balaca banka ananas konservi

1 kivi

1 baş soğan

mayonez



Hazırlanması:

Göyərti və soğanı doğrayıb xamada qovurun. Soyuyandan sonra salat qabına yığın. Bu, birinci laydır.



Duzlu
suda toyuq ətini bişirin. Soyuyandan sonra xırda doğrayın. Göbələyin
üstünə döşəyib üzərinə mayonez çəkin. İkinci lay da hazırdır.



Üçüncü lay - bişmiş yumurtanı sürtgəcin iri gözündən keçirib döşəyin. Üzərinə mayonez çəkin.



Konservləşdirilmiş ananası xırda kubik doğrayıb döşəyin. Üzərinə mayonez çəkin.



Pendiri sürtgəcin orta gözündən keçirib salatın üstünə səpin.



Salatı süfrəyə verəndə üzərini kivi dilimləri ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!