Qarğıdalı və almalı salatı resepti

Qarğıdalı və almalı salatı resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

Balaca banka konserv olunmuş qarğıdalı

2 ədəd pomidor

2 ədəd balaca kahı

1/2 st zeytun (tumsuz halqa doğranmış)

1 ədəd alma

1/2 ədəd limon

2 x.q zeytun yağı

Duz



Hazırlanması:

Almanın qabığını soyub dilimləyib nazik doğrayırıq.

Doğranmış almanın üstünə limon suyunu töküb qarışdırırıq.

Pomidoru yuyub dörd bölüb nazik doğrayırıq.

Kahını təmizləyib yuyub əlimizlə kiçik hissələrə bölürük.

Doğranmış ərzaqları, yuyulmuş zeytunu və qarğıdalını bir qaba töküb qarışdırırıq.

Qarışığa duz və zeytun yağı əlavə edib yenə qarışdırırıq. Salatı qaba yığıb süfrəyə veririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!