Çuğundurlu makaron salatı resepti

Çuğundurlu makaron salatı resepti
Salatlar
10.09.2017 26
Tərkibi:

250 qr iri makaron növü

3 stəkan qatıq (1 stəkanını Sour cream istifadə edə bilərsiniz)

1 yemək qaşığı mayonez

1 stəkan miqdarında qaynadılmış qarğıdalı dənəsi

1 stəkan miqdarında qaynadılmış yaşıl noxud

Yarım stəkan miqdarında xırda doğranmış kornişon turşusu

1 ədəd çuğundur

1 yemək qaşığı kərə yağı

3 diş sarımsaq

1 dəstə brokoli

1/2 dəstə cəfəri

Duz



Qeyd: İstəyə görə, sosis, qızardılmış, didiklənmiş toyuq əti də əlavə edə bilərsiniz.



Sous üçün:

1/2 çay stəkanı duru yağ

1 yemək qaşığı qırmızı pul bibər

3 yemək qaşığı üzüm sirkəsi



Hazırlanması:

Makaron
duzlu suda qaynarkən qazanın üzərinə metal bir süzgəc qoyun və
çiçəklərə böldüyünüz brokoliyi buxarda 7-8 dəqiqə qaynadın. Brokolinin
rənginin canlı qalması üçün buzlu su ilə soyudun.



Makaron
istədiyiniz yumşaqlıqda bişdikdən sonra, süzün və 1 qaşıq kərəyağı ilə
qarışdırın. Sarımsaqları incə-incə rəndələyin və qatıqla qarışdırın.
Qaynadılmış çuğundurun qabıqlarını soyun və rəndədən keçirin.



Daha
sonra 1 stəkan qatıqla qarışdırın və bir kənara qoyun. Makaron və
brokoli istisna olmaqla, bütün ərzaqları qarışdırdıqdan sonra makaronu
da qarışdırıb dərin bir qaba qoyun. Ayırdığınız çəhrayı rəngli qatığı ən
üstə yayın.



Brokolilərin
suyunu kağız dəsmal üzərində əmdirdiktən sonra qabın ətrafına sıralayın
və foto şəkildəki kimi asan və qəşəng bəzəmələr edin. Duru yağı bir
qəhvədanda istilədib ocaqdan alın və qırmızı bibəri əlavə edərək
qarışdırın, ən son sirkəni əlavə edərək sous kimi istifadə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!