Mərakeş salatı resepti

Mərakeş salatı resepti
Salatlar
10.09.2017 7
Tərkibi:

500 q təzə xırda kartof

16 iri dənəli qara zeytun

1 orta boy şirin soğan

1 dəstə cəfəri



Sous:

4 x.q. limonu şirəsi

1/2 ç.q. zeytun yağı

1/2 ç.q. şirin qırmızı istiot

1 çimdik zirə, acı qırmızı istiot, duz



Hazırlanması:

Kartofu
şotka ilə tərtəmiz yuyun. Üstünə qaynar su tökün, ocağın üstünə qoyun,
qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Suyunu süzün, kartofu qurudun.
Xırda kartofları olduğu kimi saxlayın, bir az irilərini 2, yaxud 4
bölün.

Sous üçün lazım olan ərzaqları qarışdırın, isti kartofun üstünə töküb qarışdırın.

Soğanı çox nazik halqalara doğrayın. Cəfərinin yarpaqlarını yolun, budaqlarını atın.

Zeytunu bıçağın enli tərəfi ilə əzin, dənəsini çıxarın.

Soğanı, zeytunu, cəfərini kartofla qarışdırın.

Süfrəyə isti və ya soyuq halda verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!