Kələm tortu resepti

Kələm tortu resepti
Salatlar
10.09.2017 11
Tərkibi:

500-600 q kələm

3-5 x.q. un

3 yumurta

duz, istiot

2 baş soğan

2-3 yerkökü

500 q qiymə

100 q sürtgəcdən keçirilmiş pendir

3-4 x.q. mayonez

qızartmaq üçün yağ

göyərti



Hazırlanması:

Kələmi
çox xırda doğrayın, ya da blenderdə xırdalayın. Yumurta, duz, istiot,
ədviyyat və un əlavə edin, qarışdırın. Blinlər bişirib soyudun.



Soğanı xırdalayın, yerkökünü sürtgəcin iri gözündən keçirin, birlikdə qovurun, duz, istiot vurun.



Qiyməyə duz vurun.



Kələmli blinlərin üzərinə çiy qiymə, yerkökü-soğan qarışığı, göyərti döşəyib üst-üstə yığın.



Siniyə qoyun. Üzərinə pendirlə qarışdırılmış mayonez çəkin. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!