Süngər Bob salatı resepti - FOTO RESEPT

Süngər Bob salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 8
Uşaqlarına yemək yedirə bilməyən analar üçün əla reseptdir. Böyüklərin
Süngər Bobdan zəhlələri getsə də, uşaqlar onu çox sevirlər. Sevimli
cizgi film qəhrəmanına bənzəyən salatdan uşaqlarınız, yəqin ki, vaz
keçməzlər.



[/b]Tərkibi:

1 yerkökü

100 q bərk pendir (yaxud əridilmiş)

1 diş sarımsaq

1-2 ç.q. xama

1-2 ç.q. mayonez

duz



Bəzək:

2-3 ədəd qabıqlı bişirilmiş kartof

2 bişmiş yumurtanın ağı

1 çimdik sarıkök

zeytun, şirin bolqar bibəri



Hazırlanması:

Yerkökü
ilə pendiri sürtgəcdən keçirin, xırdalanmış sarımsaq, xama, mayonez
əlavə edin, qarışdırın. Dadına baxın, lazım gələrsə, duz vurun.

[/center]



Salatın
2/3-ni oval, yaxud dördbucaqlı uzunsov buluda kvadrat şəklində qoyun.
Aşağı hissəsini isə bir qədər "daraldın". Üstünə kartofu sürtgəcdən
keçirin (qıraqlarını da kartof yonqarı ilə örtün). Kartofun qalanını
sürtgəcin xırda gözündən keçirin, sarıkök, azca xama və ya mayonez əlavə
edin, duz vurun, qəşəng sarı rəng alanadək qarışdırın (kartof əvəzinə
bişmiş yumurta sarısından da istifadə etmək olar). Bu qarışığı salatın
üstlü-kənarlı bütün tərəfinə çəkin.

[center]




Bu kvadratın aşağısına salatın qalanını dördbucaqlı şəklində yerləşdirin. Bıçaqla hamarlayın.

[/center]



Sonra
isə Bobu "yaradın": gözlər - zeytun, qırmızı kələmin suyu ilə rəngi
dəyişdirilmiş yumurta ağı (mavi hissə); ağız, ayaqqabılar, şalvarın
kəməri, kirpiklər - zeytun; dişlər - bişmiş yumurta ağı; şalvar - lavaş;
əl və ayaqlar - pendir; köynək - sürtgəcdən keçirilmiş yumurta ağı;
qalstukla yanaqlar - qırmızı bolqar bibəri. Vəssalam!

[center]


[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!