Badımcandan laylı salat resepti

Badımcandan laylı salat resepti
Salatlar
10.09.2017 1
Tərkibi:

1-2 badımcan

2 yerkökü

2 duzlu xiyar

3 baş soğan

5 duzlu göbələk

1 alma

xama

cəfəri

duz



Hazırlanması:

Badımcanı yuyun. Sobada hazır olanadək bişirin. Soyudun. Çəngəllə əzin.



Yerkökünü yuyun, sürtgəcin iri gözündən keçirin.



Duzlu xiyarı xırda doğrayın.



Təzə baş soğanı xırda doğrayın.



Buluda əzilmiş badımcanı düzün. Üzərinə çalınmış xama çəkin.



Soğanın yarısını döşəyin. Üzərinə çalınmış xama çəkin.



Duzlu xiyarın yarısını döşəyib üzərinə çalınmış xama çəkin.



Yerkökünün yarısını döşəyin, üzərinə çalınmış xama çəkin.



Sonra layları təkrarlayın: badımcan+xama+soğan+xama+duzlu xiyar+xama+yerkökü+xama.



Salatın kənarlarını hamarlayın. Üstünü duzlu göbələk, alma dilimləri və cəfəri ilə bəzəyin. Zövqə görə duz vurun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!