Qırmızı pəhriz salatı resepti

Qırmızı pəhriz salatı resepti
Salatlar
10.09.2017 18
Tərkibi:

500 q turp

500 q xırda çuğundur

kahı

200 q qoz (fındıq, badam, keşyu, sidr qozası - zövqə görə)

cəfəri

6 x.q. bitki yağı

1 x.q. sirkə

1 diş sarımsaq

duz

təzə üyüdülmüş qara istiot



Hazırlanması:

Turpun
qabığını soyun. Kubik doğrayın, qaynayan duzlu suda 2-3 dəqiqə
saxlayın. Sonra suyunu süzün. Turpu qurudun. 3 x.q. bitki yağında
təxminən 5 dəqiqə qovurun.



Çuğunduru
şotka ilə yuyun. Üstünə qaynar su töküb, qabıqlı, yumşalanacan,
təxminən 20 dəqiqə bişirin. Soyudun. Qabığını soyub dilimləyin.



Qozu quru, qaynar tavada 1-2 dəqiqə qovurun. Sonra bıçaqla iri doğrayın.



Sous:
sarımsaq və cəfərini (3 budaq yetər) xırdalayın, bir qaba qoyun, 3 x.q.
bitki yağı, sirkə, duz, istiot əlavə edib çəngəllə yaxşıca çalın.



Kahı
yarpaqlarını yuyub aşsüzənə yığın. Suyu süzüləndən sonra boşqablara
düzün. Üstünə çuğundur dilimləri, qovrulmuş turp qoyun, üstünə sous
gəzdirib qovrulmuş qoz səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!