Toyuq əti ilə lavaşlı rulet salatı resepti

Toyuq əti ilə lavaşlı rulet salatı resepti
Salatlar
10.09.2017 13
Tərkibi:

lavaş

toyuğun döş əti

2 yerkökü

3 yumurta

2 çuğundur

1 baş soğan

göyərti (keşniş, yaxud başqa sevdiyiniz göyərti)

mayonez



Hazırlanması:

Toyuğu
bişirin. Soyudub xırda doğrayın (blenderdən də keçirə bilərsiniz).
Yerkökünü yuyub-təmizləyib sürtgəcdən keçirin, xırda doğradığıız soğanla
birlikdə yağda qovurun. Duz, istiot vurun.

Bunu bir qaba yığın.



Çuğunduru yuyub, qabığını soyub sürtgəcdən keçirin, onu da yağda qovurun. Duz, istiot vurun.



Yumurtanı bişirin, soyudub qabığını soyun, çəngəllə xırdalayın.



Göyərtini doğrayın.



Lavaşın
üstünə mayonez çəkin. Toyuq ətini üstünə döşəyin. Azca duz, istiot
səpin. İkinci lavaşı üstünə çəkin. Mayonez çəkib qovrulmuş yerkökünü
döşəyin. Üçüncü lavaşı qoyun, mayonez çəkin, doğranmış göyərtini səpin.
Dördüncü lavaşı qoyun, mayonez çəkin, yumurtanı döşəyin. Duz-istiot
səpin. Lavaş qoyun, mayonez çəkin, qovurduğunuz çuğunduru döşəyin. Sonra
səliqə ilə ruleti bükün.

2 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl çəpinə doğrayın.



Ümumiyyətlə,
lavaşın arasına müxtəlif ərzaqları qoyub, rənglərinə görə çeşidləyərək
büksəniz, müxtəlif dadlı və gözəl görünüşlü rulet-salatlar hazırlamış
olarsınız. Məsələn, toyuq əti yerinə krab çöpləri, həmçinin pomidor,
xiyar, göy noxud və qarğıdalı, göbələk konservləri də istifadə edə
bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!