Dunay salatı resepti

Dunay salatı resepti
Salatlar
10.09.2017 57
Tərkibi:

5 kq şirin bibər

2 kq göy pomidor

2 kq yerkökü

800 q soğan

200 q duz

700 ml 6%-li sirkə

600 ml bitki yağı

ədviyyat

(göstərilən çəki təmizlənib hazırlanmış tərəvəzin çəkisidir)



Hazırlanması:

Pomidorların saplağını qoparın, soyuq axar suda yuyun, 6-8 yerə bölün.



Bibərin toxumunu və saplağını artlayın, yuyun, kubik, yaxud saman kimi doğrayın.



Doğranmış yerkökünü qaynayan suda 10-12 dəqiqə saxlayıb axar suyun altında soyudun.



Soğanı təmizləyib halqa doğrayın.



Doğradığınız
tərəvəzi - pomidor, bibər, yerkökü, soğan - duzla qarışdırıb 15-20
dəqiqə saxlayın. Sonra ayrılan şirəsini süzün. Tərəvəzi emallı ləyənə
qoyub bitki yağı və sirkə əlavə edin, qarışdırın.



Təmiz
bankaların hərəsinin dibinə 2 dənəvər ağ istiot, 3 mixək, 1 dəfnə
yarpağı qoyun, salatı içinə doldurun, ağzına qapaq qoyun, sterilizə edib
qapaqlarını bağlayın.



0,5-litrlik bankaları 30, 1-litrlik bankaları isə 35 dəqiqə sterilizə etmək lazımdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!