Mimoza Salatı

Mimoza Salatı
Salatlar
10.09.2017 76
 

 






Mimoza Salatınin hazırlanması




MIMOZA SALATI



Ərzaqlar



450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1/2 stəkan xırda doğranmış qoz ləpəsi

3 ədəd orta boy kartof

2 ədəd yumurta

3 ədəd orta boy yerkökü

zövqə görə duz

6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

rəndələnmiş Holland pendiri



Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.



Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.



1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.



2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.



3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.



toyuq ətinin yarısı

xama-mayonez qarışığı

qozun yarısı

kartofun yarısı

duz

xama-mayonez qarışığı

yumurtaların yarısı

duz

yerkökünün yarısı

xama-mayonez qarışığı



Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.



4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpin (pendirin yerinə nar dənələrindən də istifadə edə bilərsiniz).



Nuş Olsun!
 
 
Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!