"Portağal dilimi" salatı

Salatlar
10.09.2017 14


"Portağal dilimi" salatı




İstifadə olunan məmulatlar:



• 250 qr toyuğun sinə əti,

• 1 ədəd soğan,

• 1 ədəd kök,

• 200 qr marine edilmiş şampinyon göbələk,

• 200 qr qaynadilib süzülmüş düyü,

• 4 ədəd bərk bişirilmiş yumurta,

• 100 qr yumuşaq pendir,

• 250 qr mayonez,

• 2 diş sarımsaq,

• duz zövqə görə.



Hazırlanması



Kökü nazik dilimlərlə doğrayın və cox xırda doğranmıç soğanla elə qarışdirin ki, kökün rəngi mümkün qədər qabariq olsun.

Toyuq ətini, göbələyi xırda – xirda doğrayın, sarımsağı sürtgəcdən keçirib pendir ilə qarışdırın.

İçərisi düz olan boşqaba salatı laylarla portağal dilimi şəklində (şəkildəki kimi) düzün və hər layın arasını mayonezləyin:

- soğan ilə qarışdırılmış kök,düyü ,

- toyuq əti,

- düyü

- göbələk,

- sarımsaq ilə qarışdırılmış pendir,

- sürtgəcdən keçırilmiş yumurta sarısi.

Sonda bütün layları bütövlükdə mayonezləyin.

Ən üst qatda portağal dilimi şəklində nişanlar qurub şəkildəki kimi sürtgəcdən keçirilmişkök və yumurta ağı ilə bəzəyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!