Toyuqlu-narlı salat resepti

Toyuqlu-narlı salat resepti
Salatlar
10.09.2017 25
Tərkibi:

1 dəstə kahı

1 toyuq filesi 

1 yerkökü

1 qırmızı soğan 

1 nar 

100 q parmezan 

1 lavaş (orijinalda - tortilya, lavaşla əvəz etmək olar)



sous:

1 dəstə keşniş 

1 diş sarımsaq 

qatıq

zeytun yağı

laym şirəsi

duz

istiot



Hazırlanması:

Kahı yarpaqlarını iri doğrayın.

Toyuq döşünü qızardıb kubik doğrayın.

Yerkökünü sürtgəcdən keçirin.

Qırmızı soğanı xırda doğrayın.

Pendiri sürtgəcdən keçirin.

Lavaşı (tortilyanı) nazik şəridlərə doğrayın.

Hamısını iri qabda qarışdırın.

Sous üçün olan ərzağı blenderdə xırdalayıb salata qatıb qarışdırın, süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!