Gözəllik salatı resepti

Gözəllik salatı resepti
Salatlar
10.09.2017 25
Gözəllik salatını 2-3 həftə ərzində hər gün yemək lazımdır.

Bu
salat orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən
təmizləyir, insanı daha gümrah edir, arıqlamağa kömək edir, üz dərisinin
və saçların vəziyyətini yaxşılaşdırır.



Tərkibi:

- 3 xörək qaşığı yulaf yarması (qerkules)

- 1/2 stəkan qaynar su

- 1 yaşıl alma

- 1 xörək qaşığı kişmiş

- 2 qara qavalı qurusu

- 3 qaşıq qatıq

- 2 qoz ləpəsi.



Hazırlanması:

1. Axşamdan yulaf yarmasını qaynar suda isladın.

2. Səhər sürtgəcdən keçirilmiş alma əlavə edin.

3.
Kişmişi və qara qavalı qurusunu yaxşı yuyun və qaynar suda 5 dəqiqə
ərzində saxlayın. Kişmişi yulaf yarmasına əlavə edin. Qara qavalının
çəyirdəyini çlxardın, xırda doğrayın və yulaf yarmasına əlavə edin.

4. Qozu doğrayın, əlavə edin.

5. Qatıq əlavə edin, qarışdırın. Salat hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!