Krekerli tort salatı resepti

Krekerli tort salatı resepti
Salatlar
10.09.2017 9
Tərkibi:

- 200 — 250 q – duzlu kreker peçenyeləri

- 1 banka – balıq konservi (fərq eləməz hansı: sayra, qorbuşa, tunes)

- 1 dəstə göy soğan ( reseptdə qırmzı soğandan istifadə olunub )

- 4 əd qaynadılmış yumurta

- 150 q – bərk pendir

- 1 diş  sarımsaq

- mayonez



Hazırlanması:

Əvvəlcə
soğan (göy və yaxud qırmızı) xırda doğranır və duzlu, şəkərli, sirkəli
suda 15-20 dəqiqə ərzində marinad olunur. Sonra marinadı süzülür.
Qorbuşa balığının suyu süzülür , vilka ilə əzilir , soğan və mayonez
əlavə olunur.

Pendir sürtgəcdən keçirilir, çox xırda doğranmış və yaxud preslənmiş sarımsaq əlavə olunur və mayonezlə qarışdırılır.

Yumurta
təmizlənir, yumurtanın ikisinin sarısı götürülür (çünki üst qat üçün
lazım olacaqdır), qalanları isə sürtgəcdən keçirilir, duz vurulub
mayonezlə qarışdırılır.

Deməli biz 3 cür içlik hazırladıq tort-salatımız üçün: balıqlı, yumurtalı və pendirli.

Salat böyük salat qabında qat şəkilində yığılır:



1 ci qat – krekerlər

2-ci qat – yumurtalı içlik

3-cü qat – krekerlər

4-cü qat – balıqlı içlik

5-ci qat – krekerlər

6-cı qat – pendirli içlik

7-ci qat – krekerlər.

Sonra krekerlərin yuxarı qatına mayonez yaxılır və üzərinə süqrtgəcdən keçirilmiş yumurta sarısı səpilir.

Zövqə
görə bəzədilir. Salat ən azından 2 saat qalmalıdır otaq temperaturunda
və 1 saat soyuducuda. Amma bir gecəni qalması (soyuducuda) daha yaxşı
olardı.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!