Mərakeşlilərin çuğundur salatı resepti

Mərakeşlilərin çuğundur salatı resepti
Salatlar
10.09.2017 13
Tərkibi (4 pay): 

3 balaca çuğundur

3 iri portağal 

kahı yarpaqları (romen)

4 x.q. qoz ləpəsi 

4 x.q. qırmızı üzüm sirkəsi

soyuq press zeytun yağı

təzə üyüdülmüş qara istiot

duz



Hazırlanması:

Çuğunduru sobada bişirin (suda da qaynada bilərsiniz). 

Qozu quru qızmar tavada qovurun, sonra xırdalayın. 

Kahı yarpaqlarını soyuq suda yuyub suyu süzülmək üçün aşsüzənə yığın. Əlinizlə iri doğrayın. 

İki portağalın qabığını soyun, dənələrini çıxarıb, pərdələrini təmizləyin. 

Bir portağalın şirəsini sıxıb bir qaba yığın. 

Şirəni sirkə, zeytun yağı, duz-istiotla çalın. 

Salat qabına kahı yarpaqlarını düzün. Üzərinə nazik doğranmış çuğunduru, sonra portağal dilimlərini düzün. 

Sousu üzərinə gəzdirib qoz səpin. 



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!