Ton balığı salatı resepti

Ton balığı salatı resepti
Salatlar
10.09.2017 2
Tərkibi: 

170 q ton balığı konservi (suda, yaxud yağda)

3-4 iri kahı yarpağı

2 orta boy pomidor

240 q qarğıdalı konservi 

170 q qara, dənəsiz zeytun

zeytun yağı (zövqə görə)

duz (zövqə görə)



Hazırlanması:

Kahı yarpaqlarını yuyub kağız salfetlə qurulayın. 

Ton balığının suyunu süzüb çəngəllə əzin. Salat qabına qoyun.

Pomidorları yuyub qurulayın, kubik doğrayın, balığa əlavə edib azca
duz vurun, qarışdırın (duzlu sevmirsinizsə, vurmasanız da olar). 

Kahı yarpaqlarını iri doğrayıb salata əlavə edin. 

Qarğıdalının suyunu süzüb əlavə edin. 

Zeytunların da şirəsini süzüb salata əlavə edin. Zeytun yağı əlavə edib səliqəylə qarışdırın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!