Toyuq qaraciyəri və mandarinlə salat resepti

Toyuq qaraciyəri və mandarinlə salat resepti
Salatlar
10.09.2017 16
Tərkibi (2 pay): 

200 q toyuq qaraciyəri

1 mandarin

1 aysberq kələmi

100 q çerri pomidoru

50-70 q kişmiş üzümü 

3 x.q. zeytun yağı (qaraciyəri qızartmaq üçün)

3 x.q. un (qaraciyəri batırmaq üçün)

küncüt



sous:

2 x.q. limon şirəsi

2 x.q. zeytun yağı

2 x.q. soya sousu



Hazırlanması:

Toyuq ciyərini yuyub təmizləyin. İkiyə bölüb una batırın. Zeytun yağında hər üzünü 2-3 dəqiqə qızardın. Duz-istiot vurun. 

Mandarini təmizləyib dilimləyin, pərdəsini soyun. Hər dilimi 2-3 yerə bölün. Çerri pomidorlarını yarı bölün. 

Kələmi iri doğrayıb boşqaba yığın. Üzərinə növbə ilə qaraciyəri, mandarini, çerri pomidoru və üzüm gilələrini düzün. 

Limon şirəsi, soya sousu və zeytun yağını qarışdırıb salatın üzərinə gəzdirin. Küncüt səpin. 

 

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!