Toyuq və ananasla salat resepti

Toyuq və ananasla salat resepti
Salatlar
10.09.2017 6
Tərkibi (2-4 pay): 

1 "aysberq" kələmi

250 q toyuq filesi

300 q ananas konservi

100 q bərk pendir

1 x.q. bitki yağı

2 x.q. soya sousu

üzüm gilələri 



Hazırlanması:

Kələmin yarpaqlarını axar suyun altında tərtəmiz yuyun. Silkələyib suyunu axıdın. Sonra əlinizlə parçalara bölün. 

Toyuq ətini yuyun, salfetlə qurulayıb doğrayın. 

Tavada bitki yağını qızdırın. Toyuq ətini əlavə edib iti odda 3 dəqiqə
bişirin. Soya sousu əlavə edib ocağı azaldın, daha 3 dəqiqə bişirin. 

Ananasın suyunu süzüb doğrayın. 

Pendiri sürtgəcdən keçirin. 

Kələm, toyuq, ananas və pendiri qarışdırın. Qaba yığıb üzərinə üzüm
gilələri düzün. Salat üçün sevdiyiniz souslardan da istifadə edə
bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!