Qayğanaqlı salat resepti

Qayğanaqlı salat resepti
Salatlar
10.09.2017 11
Tərkibi:

500 q toyuq filesi 

7 yumurta

200 q soğan 

duz

mayonez

bitki yağı

1 banka qarğıdalı konservi



Hazırlanması:

Toyuq filesini suda bişirin (qaynara düşəndən sonra 20 dəqiqə bişirin). 

(Soğan sevməyənlər onu reseptdən çıxara bilərlər).

Soğanı xırda doğrayıb, üzərinə qaynar su töküb 10 dəqiqə saxlayın, süzüb soyuq su ilə yuyun.

Toyuq bişən müddətdə qayğanaqları da bişirin. Hər yumurtanı ayrılıqda
qaba qırın, duz-istiot vurun, çalın. Bitki yağını tavada qızdırın,
yumurtanı töküb hər iki üzünü qızardın. (Hər yumurtanı ayrılıqda
bişirin). 7 qayğanağı üst-üstə yığıb 4 yerə bölün, sonra saman kimi
doğrayın. 

 

Bişib soyumuş fileni xırda doğrayın, yumurta, soğan, süzülmüş qarğıdalı konservi, duz, mayonezlə qarışdırın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!