Pendirli qara düyü salatı resepti

Pendirli qara düyü salatı resepti
Salatlar
10.09.2017 26
Tərkibi:

2 stəkan qara düyü

250 qram lor pendir

4 ədəd soğan

2 ədəd közdə bişmiş qırmızı bibər

2 armudu stəkan konservləşdirilmiş qarğıdalı

4-5 ədəd kornişon turşuşu

Bir az doğranmış şüyüd

Şüyüdlə eyni miqdarda doğranmış cəfəri

 

Salatın sousu üçün:

2 xörək qaşığı zeytun yağı

2 xörək qaşığı limon şirəsi

Duz

İstiot

 

Hazırlanması:

Qara
düyünü yuyub təmizləyin. Daha sonra qaynayan suya əlavə edib 25 dəqiqə
bişirin. Düyünü süzüb üzərinə doğranmış soğan, köz bibər, qarğıdalı,
turşu, cəfəri, şüyüd və lor pendir əlavə edib yaxşıca qarışdırın.
Kənarda sous üçün lazım olan məhsulları qarışdırın. Sousu da salata
əlavə edin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!