Bibərli kələm salatı resepti

Bibərli kələm salatı resepti
Salatlar
10.09.2017 42
Tərkibi:

(6-8 porsiya üçün)

500 q ağ kələm

200 q xiyar

Yarım şirin bolqar bibəri

Yarım limon

Yarım ç.q duz

Yarım dəstə şüyüd

3-4 x.q zeytun yağı



Hazırlanması:

Kələmi kibrit çöpü uzunluğunda doğrayın.



Üzərinə duz və limon suyu əlavə edin.

Bundan sonra kələmi yaxşıca qarışdırın. Bir-iki dəqiqə qarışdırmaq bəs edər.Limon suyu və duz kələmə hopmalıdır. Kələm yumşalmalı və bir az sulanmalıdır.



Bibəri də uzun formada doğrayın. Xiyarı da bibər və kələmə uyğun şəkildə doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın.



Üzərinə duru yağı gəzdirin.



Ərzaqları
bir-birinə qarışdırın. Hazır salatı iki gün soyuducuda saxlamaq olar.
Salat qaldıqca suyu çıxacaq, amma bu onun keyfiyyətinə xələl
gətirməyəcək. Onu da qeyd edim ki, bu salat əsl pəhriz salatıdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!