Tabule salatı resepti

Tabule salatı resepti
Salatlar
10.09.2017 8
Tərkibi:

Bulqur və ya kuskus - 100 q

Cəfəri (balaca dəstə)

Təzə nanə (balaca dəstə)

Qırmizi pomidor 2 – 3 ədəd

Göy soğan ( balaca dəstə)

Yarım baş soğan

Limon - ½ hissəsi

zeytun yağı – 2 x.q

Zövqə görə duz, istiot



Hazırlanması:

Bulqur
və ya kuskusu eyni miqdarda götürülmüş, bir qabda qaynamış suda
isladırıq. Bulquru 1,5 saat, kuskusu 30 dəqiqə. Qabın ağzını örtüb, suyu
çəkilənədək gözləyirik. Əgər su şəkilməyibsə, bulquru və ya kuskusu
ələkdən süzüb 15 dəqiqə soyumağa qoyuruq.

Göyərtini xırda doğrayırıq ( Göy soğanı, Cəfərini, Nanəni , Yarım baş soğanı)

Pomidorun qabığını soyuruq. Yumuşaq hissəsini xırda kub formasında doğrayırıq.

 

Böyük bir qaba pörtülmüş yarmanı, göyərtini, pomidoru əlavə edirik.



Zeytun yağı əlavə edirik.



Sonra limon şirəsini



Duzlayırıq. Qarışdırırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!