Keşniş sousu resepti

Keşniş sousu resepti
Salatlar
10.09.2017 10
Toyuq,
balıq, ət xörəkləri üçün əla sousdur. Ancaq onu uzun müddət saxlamaq
olmur. Hazırladıqdan sonra soyuducuda cəmi bir həftə saxlamaq
mümkündür. 



Tərkibi

4 iri dəstə keşniş 

2 göy soğan 

2-3 diş sarımsaq 

1,5 sm təzə zəncəfil kökü

1 acı istiot (göy, yaxud qırmızı)

3 x.q. limon şirəsi 

1 x.q. şəkər tozu

1 ç.q. duz



Hazırlanması:

Keşnişlə soğanı yuyub suyu çəkiləndən sonra iri doğrayın. 

Sarımsağı, zəncəfili təmizləyin, istiotu yuyun. 

Hamısını blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

Başqa qaba töküb limon şirəsi, şəkər tozu və duz qatıb qarışdırın. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!