"Nərgiz" salatı

Salatlar
10.09.2017 26
İstifadə olunan məmulatlar:

• 200 qr bişmiş toyuq,

• 2 ədəd soğan,

• 4 ədəd bərk bişirilmiş yumurta,

• 300 qr qızardılmış göbələk,

• 100 qr pendir,

• 2 ədəd qabığı soyulmamış bişirilmiş kartof,

• 2 ədəd bişmiş kök,

• mayonez,

• xama,

• göyərti,

• zövqə görə duz.





Hazırlanması

Soğanı kubik şəklində doğrayın və yarısını qaynar suda pörtün və 15 dəqiqəliyə kənaraqoyun.Soğanın qalan hissəsini isə doğranmış göbələk ilə qızardın.

Toyuq ətini kiçik hissələrə doğrayın.

Düz boşqaba salati lay – lay düzün:

- sürtgəcdən keçirilmiş kartof və pörtülmüş soğanın 1/2 hissəsı,

- mayonez,

- toyuq əti və pörtülmüş soğanın 1/2 hissəsi(qalan hissəsi),

- xama,

- soğan ilə qızardılmış göbələk,

- mayonez

- sürtgəcdən keçirilmiş pendir,

-mayonez,

- 1,5 ədəd sürtgəcdən keçirilmiş kök,mayonez



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!