Manqal salatı resepti

Manqal salatı resepti
Salatlar
10.09.2017 28
Tərkibi:
Kiçik ölçülü pomidor
Badımcan
Yaşıl bibər
Rəngli bibər
Sarımsaq
Reyhan
Nanə
Narşərab
Yaşıl soğan
Prasa
Limon
Duz
İstiot

Hazırlanması:
Salatı hazırlamaq üçün əsasən kiçik ölçülü və möhkəm, əzilməmiş, zədə almamış pomidorlar götürülür və enli şişə taxılır. Xüsusi ilə biraz turşməzə pomidorlar salatda daha ləzzətli olur.

Bibər də həmçinin, şişə taxılır. Bu zaman bibərlərin hamısının eyni istiqamətdə: saplaqları eyni tərəfə olmalıdır. Zövqə görə həm acı, həm də şirin bibər istifadə etmək mümkündür.

Prasa da manqalın üzərinə qoyulub bişirilir

Sarımsaq, dişlərə ayrılmadan şişə taxılır.

Bütün bu xammallar közü düşmüş manqala düzülür və burada bişməyə başlayır. Arada yanmaması üçün şişləri çevirmək lazımdır.

Bişdikcə bunları ağzı bağlı bir qaba toplayırıq.

Bişdikdən sonra pomidorların qabıqları soyulur və doğranılır. Bu zaman manqalda bişən pomidorların içərisində özək hissəsi varsa onlar da çıxardılıb ayırtlanır.

Bibərlər soyulur və doğranılır. Bişmiş bibərlərin çəyirdəklərinin ayırtlanmasına, salata qarışmamasına diqqət etmək lazımdır.

Badımcanların qabığı soyulur, təmizlənir və onlar da doğranır.

Bişən sarımsaqlar da dişləri ayrılır, qabıqları soyulur və kiçik – kiçik doğranılır.

Bişən prasa da üst qabığından təmizlənir və o da doğranılır.

Nanə, reyhan da təmiz yuyulur və kiçik – kiçik doğranılır. Bu göyərtilərin yarpaqlarının arasında torpaq hissəciklərinin qalmaması üçün geniş bir qabda suda gözlədilir. Ondan sonra bol su ilə yuyulur.

Baş soğanın da əvvəlcə qabıqları soyulur. Bundan sonra çox kiçik ölçülü hissələrə doğranır.

Bundan sonra doğranmış pomidor, bibər, sarımsaq, badımcan, göyərti, prasa yaxşıca qarışdırılır.

Bundan sonra Manqal Salatı içərisinə limon suyu sıxılır və ya biraz narşərab vurulur. Sonra salata zövqə görə duz və istiot da vurulur. Yaxşıca qarışdırılır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!