Almalı kərəviz salatı resepti

Almalı kərəviz salatı resepti
Salatlar
10.09.2017 13
Tərkibi:
1 kq kərəviz,
1 ədəd limon,
2 ədəd yaşıl alma,
1 diş sarımsaq,
1 stəkan qatıq,
1 yemək qaşığı mayonez,
½ bstəkan zeytun yağı,
Duz,

Üzəri üçün:
Qoz ləpəsi,
Qırmızı pul bibər,

Hazırlanması:
Almalı kərəviz salatı hazırlamaq üçün əvvəlcə kərəvizlərin qabıqlarını soyub limonlu suda 5-10 dəqiqə saxlayın.
Sonra kərəvizlərin suyunu süzün və rəndələyin.
Rəndələdiyiniz kərəvizləri bir qaba yığın.
Almanı təmiz yuyun. Yuduğunuz almanın suyunu silin və onları da rəndələyib kərəvizin üzərinə əlavə edin.
Ayrı bir qabda qatığlı azca çırpın.
Sarımsaqların qabıqlarını soyub yuyun.
Soyduğunuz sarımsaqları yaxşıca əzin.
Əzilmiş sarımsağın içinə mayonez, duz, zeytin yağı əlavə edib qarışdırın.
Qatıqlı qarışığı almalı kərəvizin üzərinə əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız qarışığı bir servis tabağına yığın.
Üzərini qoz ləpəsi və qırmızı pul bibərlə bəzəyərək servis edin.
Hazırladığınız “Almalı kərəviz salatı artıq hazlrdır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!