Şuba salatı resepti

Şuba salatı resepti
Salatlar
10.09.2017 14
Tərkibi:
dəniz kələmi – 2 banka
çuğundur – 2 ədəd (orta)
kök – 3-4 ədəd
kartof – 5 ədəd (orta)
pendir – 200 qr.
duz – 1,5 çay qaşığı
xama – 400 qr.
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması:
Tərəvəzləri qaynadın.
Orta ölçülü dayaz qaba 3 kartofu sürtgəcdən keçirib bərabər halda nazik yayın.
Üstündən kələmin 2/3 hissəsini yayın. Sonra pendirin 2/3 hissəsini töküb ehtiyatla bərabər yayın. Pendiri azca duzlayıb üzərindən 2 ədəd kök sürtgəcdən keçirin. Duz qatılmış xamanın 1/3 hissəsini kökün üstündən yayın.
Yenidən kartof və kələmin qalığını tökün. Pendir sürtgəcdən keçirib azca duzlayın. Pendirin üstündən kök tökün.
Salatın hər tərəfini çuğundur vurub, sonda xama və ya mayonez tökün.
Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!