Çox dadlı xamalı xiyar salatı resepti

Çox dadlı xamalı xiyar salatı resepti
Salatlar
10.09.2017 13
CƏMİ 5 DƏQİQƏYƏ XAMALI XİYAR SALATI

Gecələr yüngül aclıq hissiniz olursa, kolbasa-çörək, axşamdan qalan xörəyi yeyib özünüzü kökəltməyin. Soyuducumuzda hər zaman olan xiyar və göyərtidən belə dadlı və asan salat edin.

Ərzaqlar:

Təzə xiyar – 3 ədəd
Xama – 4 x/q
Sirkə - 0,5 ç/q
Duz , istiot – zövqə görə
Göyərti – zövqə görə

Hazırlanması:
Xiyarları yuyursunuz, qabığı kövrəkdirsə, soymayın. Nazik-nazik halqavari dilimləyin, bir qaba tökün. Üzərinə xama, ədviyyatlar, evdə olan göyərtilərdən töküb yaxşıca qarışdırın. Soyuq halda əla gedir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!