Badımcan saladı

Badımcan saladı
Salatlar
10.09.2017 6
Tərkibi:
1 kq. badımcan
3-4 ədəd acı bibər
1 su stəkanı qatıq
1 stəkan qoz
Sarımsaq
Duz

Hazırlanması:
Badımcanlar və bibərlər yuyular və qazın üstündə marketlərdə satılan közleme aparatıyla közlenir və zaman - zaman yanmaması üçün badımcanların hər üzü çevrilər.
Üstlərinə basdırıb yumşaldığını gördüyümüzdə olmuş deməkdir, çıxardılıb soyumağa buraxılar.
Daha sonra badımcanlar boyuna 2-ə kəsilər və bir qaşıq köməyi ilə içləri çıxardılar.
Közlenen bibərlər ilə birlikdə mətbəx taxtasında iti bir bıçaqla doğranar.
Ayrı bir qabda da suyu süzülmüş 1 böyük stəkan qatıq, 3-4 diş sarımsaq, 1 çay qaşığı duz, 1 stəkan iri parçalanmış qoz ilə qarışdırılar.
Bu qarışığa badımcanlar da əlavə olunar və servis qabına alınar.
Üzəri toz bibər və qozlarla bəzənər.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!