Buz kimi sulu salat

Buz kimi sulu salat
Salatlar
10.09.2017 11
Tərkibi:
3 Pomidor
2 Xiyar
Yarım dəstə cəfəri
1 kiçik soğanın yarısı
Kiçik bir diş sarımsaq
Quru nanə
Pul bibər
Maye sumaq turşusu
Duz

Hazırlanması:
Pomidorların qabıqları soyulub kiçik - kiçik doğranılır. Xiyarların da qabıqları soyulub kiçik - kiçik doğranılır. Cəfəri, soğan sarımsaq da kiçik doğranar. Arzu etdiyiniz miqdarda duz, sumaq turşusu, nanə, pul bibər əlavə olunub qaşıqla bir az əzilər. Sonra bir az su və buz parçacıqları əlavə olunub servis edilir.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!