Yaşıl alma yuvası olan salat

Yaşıl alma yuvası olan salat
Salatlar
10.09.2017 16
Tərkibi:
1 kasa qırmızı kələm
1 kasa doğranmış ağ kələm
1 ədəd kök (rəndə)
1 ədəd yaşıl alma (rəndə)
1 yemək qaşığı alma sirkəsi
15 qram (1 yemək qaşığı) toz şəkər
Duz
Yarım su stəkanı, mayonez
2 yemək qaşığı, xardal
1 kasa qoz, ( çəkilmiş)
4 ədəd yaşıl alma

Hazırlanması:

Əvvəlcə, qırmızı və ağ kələmləri incə doğrayaq və böyük bir kasaya alaq. Üzərinə şəkəri, duzu və alma sirkəsini əlavə edək və yaxşıca yoğuraq.
yerkökü və almanı gözəl bir şəkildə yuyaq, yerkökünü və almanın qabıqlarını soyaq və rəndələyək. Rəndələdiyimiz alma və kök, kələmlərin olduğu qaba alaraq bir az qarışdıraq. İç xərcin içinə xardalı, mayonezi və qozu əlavə edək təkrar qarışdıraq.
Almaları yaxşıca yuyaq və bir soyacaqla içini çıxaraq yuva görünüşü verək. Daha sonra içlərinə hazırladığımız içliyi dolduraq .

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!