Makaron salatı

Makaron salatı
Salatlar
10.09.2017 16
Tərkibi:
Yarım paket makaron.

Makaronları qaynatmaq üçün:
1,5 litr su (7,5 su stəkanı)
1 çay qaşığı zeytun yağı
1,5 çay qaşığı duz
Yarım toyuq bulyon (istəklə bağlı).

Salat üçün:
2 ədəd qaynadılmış kiçik parçalara ayrılmış toyuğun döş əti.

Qarniyer üçün:
1 ədəd közlenmiş və kub şəklində doğranmış qırmızı bibər
2 qəhvə fincanı kub şəklində doğranmış xiyar turşusu
2 qəhvə fincanı qaynadılıb kub şəklində doğranmış kök
2 qəhvə fincanı qaynadılıb kub şəklində doğranmış kartof
3 qəhvə fincanı qaynadılmış göy noxud
1 dəstə cəfəri,
1 dəstə şüyüd.

Sousu üçün:
2 su stəkanı qatıq
3 diş sarımsaq
1 qəhvə fincanı mayonez
1 çay qaşığı duz

Hazırlanması:
Makaronları qaynatmaq üçün dərin bir qazana suyu qoyub qaynadaq.
İçinə zeytun yağını və duzu əlavə edib qarışdıraq.
Sonra makaronları əlavə edib 7-8 dəqiqə yüngül diri qalacaq şəkildə qaynadaq.
Qaynadılan makaronların suyunu süzək.
Bir-birinə yapışmaması üçün soyuq sudan keçirək.
Sousu üçün bir qaba qatığı, mayonezi və əzdiyimiz sarımsaqları qoyub əl çırpıcıyla hamar bir konsistensiyaya gələnə qədər qarışdıraq.
Üzərinə duzu əlavə edib qarışdıraq.
Soyuyan makaronu dərin bir qaba qoyun.
Üzərinə qırmızı bibəri, xiyar turşusunu, kökü, kartofu, göy noxudu, incə - incə doğradığımız cəfərini, şüyüdü və toyuq döşünü əlavə edib yaxşıca qarışdıraq.
Daha sonra qatıqlı qarışığı əlavə edib təkrar qarışdıraq.
Çox ləzzətli makaron salatımızı soyuq olaraq servis edin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!