Klassik Olivye salatı resepti

Klassik Olivye salatı resepti
Salatlar
10.09.2017 4
Tərkibi:
- 4 orta ölçüdə kartof
- 3-4 kök
- 4-5 yumurta
- 350 qr bişmiş mal əti
- 4-5 duzlu xiyar (kornişon)
- 450 qr konservləşdirilmiş yaşıl noxud
- 250-300 qr mayonez
- duz, istiot (zövqə görə)

Hazırlanması:
1. Ət bişirilir və soyudulur.
2. Kartof, kök və yumurta bişirilir və soyudulur.
3. Bütün inqrediyentləri kiçik kublar şəklində doğranılır və enli qaba yığıb qarışdırılır.
4. Noxudun suyunu süzün və noxudu salata əlavə edin.
5. Göyərtiləri xırda doğrayın və salata əlavə edin.
6. Mayonez, duz, istiot əlavə edin və salatı yaxşı qarışdırın.
7. Salat süfrəyə enli şüşəli qabda verilir. Salatın üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!