Balqabaq, yaşıl noxud və penne rigate ilə soyuq salat resepti

Balqabaq, yaşıl noxud və penne rigate ilə soyuq salat resepti
Salatlar
10.09.2017 7
Tərkibi:
»»500 qr Penne rigate pastası
»»500 qr balqabaq
»»1 çay qaşığı şəkər tozu
»»30 qr kərə yağı
»»1 dəstə cəfəri
»»2 diş sarımsaq
»»200 qr dondurulmuş yaşıl noxud
»»Duz
»»İstiot

Hazırlanması:

Balqabağı kubiklərə doğramaq, qazana yerləşdirmək, şəkər və duz səpmək.
½ stəkan su əlavə etmək və qapağı örtərək asta odda 15 dəqiqə hazırlamaq.
Noxudu 2 dəqiqəlik duzlu qaynayan suya salmaq, sonra isə süzgəcə atmaq.
Cəfərini yuyub qurutmaq.
Cəfəri dəstinin yarısını narın doğramaq, qalanını isə iri yarpaqlara ayırmaq.
Sarımsağı təmizləmək və narın doğramaq.
Tavada kərə yağını isitmək, sarımsaq və xırda doğranılmış cəfərini əlavə edib 2 dəqiqə bişirmək.
Penne rigate Saville pastasını qaynatmaq və soyutmaq.
Onları boranı, noxud və sarımsaqlı sous ilə qarışdırmaq.
Süfrəyə veriləndə qalan cəfərini və pendiri üzərinə səpmək.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!