Kartoffel salat – alman kartof salatı resepti

Kartoffel salat – alman kartof salatı resepti
Salatlar
10.09.2017 7
Tərkibi:
1 kq kiçik, quruluşu bərk olan kartof
1 çay qaşığı zirə
2 orta soğan
200 ml bulyon (kubikdən hazırlana bilər)
100 ml sirkə (alma sirkəsi də ola bilər)
100 ml günəbaxan yağı və ya üzüm toxumu yağı
2 dəstə yaşıl soğan
5-6 nazik dilim tərkibində az yağ olan,
hisə verilmiş bekon duz,
istiot

Hazırlanması:
Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin.
Soğanı kublara doğrayın.
Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin.
Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün.
Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin.
Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz.
Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin.
Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün.
Süfrəyə verilmə:
Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!