Brokoli salatı

Brokoli salatı
Salatlar
10.09.2017 11
Tərkibi:
2 baş brokoli
2 ədəd soğan
1 ədəd qırmızı dolmalıq bibər
4 ədəd təzə soğan
1 çay qaşığı xardal
1 limon suyu
1 çay stəkanı alma sirkəsi
1 çay qaşığı duz
1 yemək qaşığı zeytun yağı

Hazırlanması:
Brokolileri çiçəklərini kiçik parçalarına ayırıb sərt yerlərini dilimləyin. Buxarda yüngülcə yumşalıb rəngi yaşıla dönənə qədər qaynadın. Qaynatma suyuna duz təyin etsəniz daha ləzzətli olur. Soğanları dörd, beş iri parçaya ayırıb yağlı kağız yayılmış nimçəyə yayıb sobada bişirin.
Dolma bibəri, təzə soğanı, doğrayıb, göbək salat yarpaqlarını iri parçalara ayırın. Bir kasaya qaynadılmış brokolileri, bişmiş soğanları qoyub qarışdırın. Tərəvəzlər soyuyunca üzərinə doğradığınız bibər, təzə soğanı əlavə edib. Xardal, sirkə, limon suyu, zeytun yağı və duzu qarışdırıb salata əlavə edib servis edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!