Noxud salatı

Noxud salatı
Salatlar
10.09.2017 13
Tərkibi:
1 su stəkanı noxud (qaynadılmış),
2 ədəd qırmızı bibər (közlənmiş qabıqları soyulmuş),
3-4 budaq təzə soğan,
1/2 dəstə cəfəri,
1/2 dəstə şüyüd,
1 ədədt limon suyu,
Duz,
Qırmızı toz bibər,
Sumax,
Zeytun yağı.

Hazırlanması:

Cəfəri, şüyüd və təzə soğan incə-incə doğranar.
Qırmızı bibərlər kiçik-kiçik doğranar.
Bir qabın içərisinə zeytun yağı, qırmızı toz bibər, limon suyu, duz və sumax qoyulub, qarışdırılar.
Başqa bir qabın içərisinə noxud, soğan, cəfəri, şüyüd və qırmızı bibər qoyulub, qarışdırılar.
İçərisinə hazırlanan sous tökülər və qarışdırılar.
Hazırlanan noxud salatı dərhal servis edilə bilər.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!