Qovun salatı

Qovun salatı
Salatlar
10.09.2017 19
Tərkibi:
1 böyük qovun
2 su stəkanı semizotu
2 avakado, dilimlənmiş
1 qırmızı dolmalıq bibər
220 qr ağ pendir
90 qr qara zeytun
¼ su stəkanı zeytun yağı
2 yemək qaşığı alma sirkəsi
1 çay qaşığı xardal

Hazırlanması:
Böyük bir qovunu dilimləyib geniş bir xidmət qabına döşəyin. Ya da yarım qovunu oyaraq vəsaitləri içinə doğraya bilərsiniz. 2 su stəkanı yuyulmuş semizotunu qovunun üzərinə yayın. Üzərinə 2 dilimlənmiş avakado, 1 incə dilimlənmiş qırmızı dolmalıq bibər, 220 qr ağ pendiri (böyük parçalar halında parçalara bölünmüş) və 90 qr qara zeytunu döşəyin. ¼ su stəkanı zeytun yağı, 2 yemək qaşığı alma sirkəsi və 1 şirin qaşığı xardalı qapaqlı bir qabda çırparaq hazırladığınız sousu salatın üzərinə tökün.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!