Noxud salatı

Noxud salatı
Salatlar
10.09.2017 17
Tərkibi:
1 su stəkanı noxud
5 budaq təzə soğan
5 budaq təzə nanə
7 budaq şüyüd
7 budaq cəfəri
3 yemək qaşığı qarğıdalı
1 ədəd qırmızı bibər
4 yemək qaşığı sızma zeytun yağı
2 yemək qaşığı nar turşu
Duz

Hazırlanması:
Noxudları bir gecə əvvəldən ilıq, duzlu su ilə isladın. Sabahısı gün süzün və qaynar su əlavə edərək 3-4 dəq. qaynadın, təkrar süzün. Üzərini iki barmaq keçəcək qədər su əlavə edib, fitli qazanda 15 dəqiqə qədər ya da normal qazanda noxudlar yumşalana qədər qaynadın, süzün.
Noxud bir az ilıq olunca qabıqlarını soyun. Təzə soğanı və qırmızı bibəri kiçik-kiçik doğrayın. Cəfəri, nanə və şüyüdü incə-incə kəsin. Bütün vəsaitləri birləşdirib, gözəlcə qarışdırın, çox gözlətmədən servis edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!