Qozlu salat mayesi ile gürcü salatı resepti

Qozlu salat mayesi ile gürcü salatı resepti
Salatlar
10.09.2017 63
Tərkibi:
● Duz - zövqə görə
● Bibər (qırmızı, yandıran) - 1 ədəd
● Soğan (baş) - 1 ədəd
● Reyhan - 1 dəstə
● Pomidor - 4 ədəd
● Sarımsaq - 4 diş
● Xiyar - 4 ədəd
● Şüyüd - 1 dəstə
● Sirkə (üzüm) - 2 x.q.
● Ləpə (qoz) - 60 qr.
● Keşniş - 1 dəstə

Hazırlanması:
1) Göyərti və tərəvəzləri yuyun. Xiyarın qabığını soyun, halqa şəklində doğrayın. Pomidorları halqa və ya yarımhalqa şəklində doğrayın. Soğanı yarımhalqa şəklində doğrayın. Göyərtini doğrayın və ya əlinizlə bölün;
2) Qoz, acı bibər, sarımsaq və duzu blender ilə qarışdırın;
3) Alınmış kütləni qaba tökün, üzərinə sirkə əlavə edin, qarışdırın. Su ilə durulaşdırın, xama qatılığında olmalıdır. Çox qatı olmasın ki, salatın üzərinə tökmək olsun. Salat mayesini tərəvəzlərin üzərinə tökün, qarışdırın.
Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!