Afrika salatı

Afrika salatı
Salatlar
10.09.2017 5
Tərkibi:
500 q toyuq filesi
3 yumurta
3 kivi
1 alma
150 q bərk pendir
100 q koreya üsulu yerkökü
mayonez
duz
qara istiot

Hazırlanması:
Toyuq ətini suda bişirib soyudun, kubik doğrayın, duz-istiot vurun. Salat qabına döşəyin.

Kivini təmizləyib ortadan bölün, sonra fal-fal doğrayıb toyuğun üzərindən düzün.

Suda bişmiş yumurtaların ağı ilə sarısını ayırın. Yumurta ağını sürtgəcdən kivinin üzərinə keçirin. Üzərinə mayonez çəkin.

Almanın qabığını soyub sürtgəcdən keçirin, yumurtanın üzərinə qoyun.

Üzərinə pendiri sürtgəcdən keçirin. Mayonez çəkin.

Koreya üsulu yerkökünü döşəyin, üzərinə mayonez çəkin.

Yumurta sarılarını sürtgəcdən keçirib salatın üzərini onunla bəzəyin.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!