Şokoladlı Tort

Şokoladlı Tort
Şirniyyat və Tortlar
10.09.2017 441
 

 

Ərzaqlar:
Xəmir üçün:
1 stəkan un
100 qr kərə yağı
1 çay qaşığı soda
3 ədəd yumurta
2 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 xörək qaşığı bitki və ya yumuşaldılmış kərə yağı
Krem üçün:
1 stəkan qaymaq
4 xörək qaşığı səkər tozu
10 qr jelatin
100 qr sürtgəcdən keçirilmiş şokolad
Hazırlanması:
Əvvəlcə biskviti hazırlayın. Bunun üçün yumuşaldılmış kərə yağını şəkər tozu ilə birlikdə ağarana kimi çalıb üstünə çalınmış yumurta sarısını əlavə edin. Ayrıca yumurta ağını çalın və yumuşaldılmış kərə yağı ilə qarişdırın. Ələnmiş una soda, kakao əlavə edib sonra yumurta ağı və yumuşaldılmış kütlənin üzərinə əlavə edib xəmir yoğurun. Xəmiri əvvəlcədən yağladığınız formaya boşaldıb 190 – 200 dərəcədə 40 – 50 dəqiqə müddətində bişirin.
Kremin hazırlanması: qaymağı şəkər tozu ilə çalıb üzərinə jelatin əlavə edib yaxşıca qarışdırın. Daha sonra sokoladın yarısını sürtgəcdən keşirib bu kütlənin üzərinə əlavə edin və kütləni yaxşıca qarışdırın. Biskviti soyudub horizontal olaraq üç hissəyə ayırın. Bu hissələrin hər birıni kremləyin, yan tərəflərini biskvit qırıntıları ilə bəzəyin. Tortun üst tərəfinə krem sürtüb əridilmiş şokolad vasitəsi ilə müxtəlif bəzəklər vurub süfrəyə verin.
Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!