Beze

Beze
Şirniyyat və Tortlar
10.09.2017 153
Beze
[left][/left]
 Tərkibi:

3 ədəd yumurta ağı (1 damla belə sarısından qarışmamalı)

3 st. şəkər tozu

2-3 damla limon suyu

bir çimdik duz

Hazırlanması:

Bütün vəsaitləri qazana götürüb mikserlə çırparaq ən aşağı odda bişirək, dibi tutmağa başlayanda (5 dəq. sonra) ocağın altını bağlayaraq 10 dəq. daha çalırıq. Qaşığa alıb tərs çevirin əgər tökülməsə deməli hazırdır. Tort bəzəmə aləti ilə yağlı kağıza yayılan soba listinə içdən xaricə doğru şəkil veririk. Rəngləndirmək üçün qida boyası istifadə edə bilərsiniz. Soyuq sobaya verib 110 dərəcədə 45 dəqiqə bişirərək çatlaqlar meydana gələnə qədər gözləyin. Əgər çatlaqlar əmələ gələrsə beze hazır vəziyyətdədir. Sobadan çıxarmamaq şərtilə sobanı söndürüb qapağını açmadan soyumasını gözləyirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!