Badamlı Keks

Badamlı Keks
Şirniyyat və Tortlar
10.09.2017 42
Badamlı Keks
Ərzaqlar
4 ədəd yumurta
Yarım su stəkanı maye yağ
1 paket vanil
3/4 su stəkanı şəkər
1 limon qabığı rəndəsi
Bir çimdik duz
4-5 damla limon suyu
1 su stəkanı qatıq
2 su stəkanı un
1 paket qabartma tozu
Üzəri üçün
Yarım su stəkanı filə badam
1 yemək qaşığı kərəyağı
2 yemək qaşığı bal
Yumurta ağlarını bir çimdik duz ilə qar kimi olana qədər çırpın. Ayrı bir qabda yumurtaların sarısı və şəkəri qarışıq ağlaşana qədər çırpın. Maye yağı, qatıq, vanil, un, qabartma tozu, limon qabığı rəndəsi və limon sununu da əlavə edərək 4-5 dəqiqə boyunca mikser ilə çırpın. Son olaraq qarışığa yumurta ağlarını əlavə edin və aşağı sürətdə xəmiri çırpın. Yağlı kağız sərdiyiniz qəlibinizə ya da yağlayıb unladığınız qəlibə tökərək 170 dərəcədə istilətdiyiniz sobada bişirin.
Üzəri üçün kərəyağını əridin və balı əlavə edərək qarışdırın. Üzərinə filə badamları əlavə edin.
Keks təxminən 40-45 dəqiqədə bişəcək, sobadan götürmədən 15-20 dq əvvəl üzəri üçün hazırladığınız badamlı qarışığı keksin üzərinə sürün və bişməsi üçün sobaya təkrar sürün. Keksi sobadan götürmədən əvvəl dişqurdalayan köməyi ilə bişib bişmədiyini nəzarət etməyi unutmayın.
Qeyd: Tərifi damak-tad.blogspot.comda görmüşdüm, bir az dəyişikliklər etdim. Orada içərisinə ərik və marzipan istifadə edilmişdi. Sınamaq istəsəniz səhifəni ziyarət edərək keks tərifinə baxa bilərsiniz.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!